Milli üzvündən “Fiorentina” ilə 5 illik müqavilə

Futbol üzrə Serbiya milli komandasının müdafiəçisi Nikola Milenkoviç İtaliyanın “Fiorentina” klubu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdir. Futbolçunun qazancı da artıb. O, yeni müqaviləyə əsasən, ilinə 3,5 milyon avro gəlir əldə edəcək.

Nikola Milenkoviç 2017-ci ildə “Partizan”dan “Fiorentina”ya transfer olnub. Mərkəz müdafiəçisi Florensiya klubunda keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 4 qola imza atıb. Serb futbolçu öz ölkəsində “Partizan”la yanaşı, “Teleoptik”də də forma geyinib. O, Serbiya yığmasında 37 oyun keçirib, 3 qol vurub.

“Fiorentina” qapıçısı Bartolomey Draqovskini də “Spetsiya”ya satıb. Florensiya klubu bu keçidə görə 2 milyon avro qazanıb. Draqovski 2016-cı ildən “Fiorentina”nın uğurları üçün çalışırdı. O, bu komandada 86 oyuna çıxıb. Polşadan olan 24 yaşlı qapıçı 2019-cu ildə “Empoli”də icarədə də oynayıb. Polşa yığmasında 2 oyun keçirmiş qapıçı, daha öncə “Yagelloniya”nın uğurları üçün çalışıb.

“Fiorentina” Qabriele Qorini “Recina”ya, Yakob Rasmusseni isə “Feyenoord”a icarəyə verdiyini də açıqlayıb. Onlar 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button