Koronavirusa yoluxan Maldini: “Hər şey yaxşıdır”

“Milan” klubunun koronavirusa yoluxan əməkdaşı Paolo Maldini özü və oğlunun səhhətiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Maldini, yaxşı olduqlarını və yaxın zamanda sağalacaqlarını deyib:

“Mənim və oğlumun sağlamlığı üçün dəstək və qayğı göstərən hər kəsə təşəkkür edirəm. Hər şey yaxşıdır, bir həftəyə bu virusdan sağalmalıyıq.

Bu fövqəladə vəziyyətdə maksimum peşəkarlıqla çalışan həkimlərə, tibb işçilərinə, hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Bizi italiyalı olduğumuz üçün qürurlandırırsız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button