Qattuzo gözləyir

İtaliya A Seriyasının son turunda SPAL-ı 3:2 hesabı ilə məğlub etməsinə baxmayaraq, Çempionlar Liqasına qatılmaq şansı əldə etməyən “Milan”ın baş məşqçisi Cennaro Qattuzo açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mövsümü dəyərləndirən 41 yaşlı mütəxəssis, klubdakı gələcəyi ilə bağlı da danışıb:

“Uğurlu olub-olmadığımı mən dəyərləndirə bilmərəm. Ən qısa müddətdə rəhbərliklə danışacağıq. Burdakı gələcəyim haqqında nə düşündüklərini öyrənmək istəyirəm.

Mövsüm ərzində səhvlər etdik və bundan sonra bunları azaltmalıyıq. Buna baxmayaraq, yaxşı mövsüm keçirdiyimizi düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button