“Mançester Yunayted”i uşaq komandasına bənzətdi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə çempionatının ikinci turunun “Brentford”la oyununda mankunianların məğlubiyyətindən (0:4) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Nevill, “qırmızı şeytanlar”ın köməyə ehtiyacı olduğunu deyib:

“Oyunçular sübut etdilər ki, üç fərqli baş məşqçi ilə kifayət qədər çox çalışmaq olmur. Onların heç bir inamı yoxdur, köməyə ehtiyacları var. Erik ten Haq “Brentford”u məğlub edəcəklərinə ümid edərək, “ən kiçik komanda”nı seçdi. Premyer Liqanın fiziki tərəfinin vacibliyi ilə hesablaşmalısan. “Mançester Yunayted” doqquz yaşından kiçik uşaqlardan ibarət komandaya bənzəyirdi. Düşündüm ki, “Old Trafford”dan kənarda daha yaxşı oynayacaqlar, amma qorxdular. “Brentford” əla idi, “Mançester Yunayted” onlara kömək etdi. Komanda layiqli oyun göstərmədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button