Mahir Emrelinin qolu ən yaxşı seçilə bilər

UEFA Millətlər Liqasında 4-cü turun ən yaxşı qolu adına namizədlər açıqlanıb.

Komanda.az xəbər verir ki, onların arasında Azərbaycan millisinin futolçusu Mahir Emrelinin Belarusa qarşı C Liqasının qrup mərhələsinin Bakıdakı oyununda vurduğu qol da yer alıb.

Azərbaycan millisi Belarusu 2:0 hesabı ilə məğlub edib. Oyunda hesabı Mahir Emreli baxımlı qola imza atmaqla açmışdı.

Emreli ilə yanaşı, Macarıstan millisindən Daniel Qazdaq, Şimali Makedoniyadan Enis Bardi və Niderlanddan Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button