“Edə biləcəyimiz bütün axmaqlıqları bir oyunda etdik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 4-cü turunda “Aston Villa”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:7 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Aston Villa”ya 2:7 hesabıyla məğlub olmağımızın səbəbini açıqlaya bilmərəm, amma gördüklərimi deyə bilərəm. Rəqib topu hər dəfə qazananda əks-hücuma çıxdı. Belə oyundan sonra nə düşünmək olar ki? Bütün hisslərim darmadağın olur.

Edə biləcəyimiz bütün axmaqlıqları bir oyunda etdik. Bu oyunda özümüzdən başqa, kimisə günahlandıra bilmərik. Nəticə fərqli oldu, amma biz də 5 qol vura, hesabı 5:7 edə bilərdik. Bu gün biz hər şeyi səhv etdik. Nələrisə danışmazdan əvvəl ilk növbədə rəqibi – “Aston Villa”nı təbrik etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button