“Düzü, “Çelsi”dən təklif alanda iki dəfə düşünmədim”

İngiltərənin “Çelsi” klubunun futbolçusu Tyaqo Silva komandaya keçidi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı braziliyalı futbolçu, London klubuna transferi və keçmiş baş məşqçisi Frenk Lempardla münasibətləri haqda danışıb:

“Bu keçidə razılıq verdikdən dərhal sonra Lempard mənə 2013-cü ildə milli komanda kapitanları olaraq oyundan əvvəl görüşdüyümüz şəkli göndərdi. Bu, çox xoş sürpriz oldu. O, mənim nəyə ehtiyacımın olduğunu anladı. Lempard mənə yaşımın onu narahat etmədiyini bildirdi. O, mənə tam güvəndiyini və güvənəcəyini dedi. Düzü, mən də “Çelsi”dən təklif alanda iki dəfə düşünmədim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button