“Latsio”dan İnzaqi qərarı

İtaliya A Seriyasında mübarizə aparan “Latsio” baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis daha iki il “Latsio”nun “sükanı arxasında” olacaq. Onunla 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

İnzaqi 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır.

“Latsio” son mövsümü turnir cədvəlinin 8-ci pilləsində bitirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button