La Liqaya qayıda bilər – PSJ-nin futbolçusu

PSJ-nin yarımmüdafiəçisi Ander Herrera İspaniya La Liqasına qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, 32 yaşlı futbolçu karyerasını Bilbao “Atletik”ində davam etdirməyə yaxındır. O, azad agent kimi “Atletiko”ya qoşula bilər.

Herrera daha əvvəl – 2011-2014-cü illərdə “Atletik”də oynayıb.

Futbolçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button