Klublararası dünya çempionatı: “Liverpul” finalda!

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün turnirin ikinci finalçısı da bəlli olub.

Sonuncu yarımfinal görüşü UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə Meksika “Monterrey”i arasında baş tutub. 2:1 hesablı qələbə qazanan İngiltərə Premyer Liqasının qalibi adını finala yazdırıb.

Xatırladaq ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşıb. Braziliyalılar bu görüşdə 3:1 hesabıyla qalib gələrək finalda oynamaq hüququ qazanıblar.

Klublararası DÇ-nin finalı dekabrın 21-ndə Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Həlledici oyunda “Liverpul”la “Flamenqo” qarşılaşacaq. Final görüşü ilə yanaşı, 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək. Bürünc medal uğrunda “Monterrey” ilə “Əl Hilal” mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button