Kim daha sürətlidir? – Bolt, yoxsa Ronaldo?

Qaçış üzrə olimpiya və dünya çempionu Useyn Bolt karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uğurları barədə danışan idmançı, özünü “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib:

“Düşünürəm ki, mənim rekordlarıma kimsə çata bilməyəcək. Rekordlara çatmaq üçün uzun yol qət etdim, çox çalışdım. Fiziki göstəricilərim, xüsusilə, uzun boylu olmağım mənə kömək etdi.

Yarış keçirilsə, təbii ki, Ronaldo məndən daha sürətli olar. O, hər gün çalışır, mənim kimi super idmançıdır. Hazırda onun məndən daha sürətli olduğunu düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button