Kavani: “Burdakı həyatdan, klubdan, azarkeşlərdən razıyam, ancaq…”

PSJ-nin futbolçusu Edinson Kavani yay transfer pəncərəsi dövründə komandanı tərk edəcəyi iddialarıyla bağlı danışıb.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, uruqvaylı hücumçu, PSJ ilə hələ bir il müqaviləsinin olduğunu deyib:

“Bu mövsüm çox şey baş verdi. Ən əsası komandanın heyətini qoruyub saxlamaqdır. Mənim PSJ ilə bir illik müqaviləm var. Burdakı həyatdan, klubdan, azarkeşlərdən razıyam. Ancaq bu, futboldur, heç nəyi əvvəlcədən təxmin etmək olmur”.

2013-cü ildən PSJ-də çıxış edən Kavani, bu mövsüm 28 qarşılaşmada iştirak edərək, 22 qol vurub.

İtaliya mətbuatı hücumçunun “Napoli”yə transfer olunacağını iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button