Jezniçak “Qarabağ”dan gedir

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak yayda Ağdam klubundan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşalı həmkarlarımızın iddiasına görə, mövsümün sonunda “Qarabağ”la müqaviləsinin müddəti bitəcək 33 yaşlı futbolçuya yeni sözləşmə təklif olunmayıb. Onun yayda sabiq klubu “Legiya”ya qayıda biləcəyi istisna olunmur.

Qeyd edək ki, Jezniçak 2017-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button