MS-nin sabiq futbolçusu “Roma”ya keçir

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, paytaxt klubu hazırda klubsuz olan Cek Roduellə müqavilə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Roduellin yaxın zamanda tibbi müayinədən keçdikdən sonra “Roma” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

“Everton”un yetirməsi olan Roduell, 2012-ci ildə 15 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. İki il “şəhərlilər”də forma geyinən yarımmüdafiəçi daha sonra “Sanderlend” və “Blekbern” klublarında çıxış edib. Üç dəfə də İngiltərə milli komandasında çıxış edən 28 yaşlı oyunçu, bu yaydan işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button