Qvineya millisinin üzvü “Roma”da

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Napoli”dən Amadu Diavaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin iyunun 30-na qədər olan müqavilə imzalanıb.

Qvineya millisinin də şərəfini qoruyan futbolçu üçün “Roma” 21 milyon avro təzminat ödəyib.

Bir müddət əvvəl “Roma”nın müdafiəçisi Kostas Manolas 36 milyon avro qarşılığında “Napoli”yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button