“İtaliyada oynayarkən, mənə “qaraçı” deyə qışqırmışdılar” – İbrahimoviç

İsveçli hücumçu Zlatan İbrahimoviç futboldakı irqçilik halları ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı futbolçu, irqçiliklə bağlı qaydaların dəyişdirilməsinin vacib olduğunu bildirib:

“İrqçiliyə “yox” deyən köynəklər geyinmək, eyni mənanı daşıyan bayraqlar qaldırmaq əladır, amma bu, problemi həll etmir. Həmin klubun 3 xalını ləğv etmək, oyunu dayandırmaq, klubun qazandıqlarını itirmək təhlükəsi ilə qarşılaşdırmaq lazımdır. Belə olan halda, həmin klubun aşağı liqaya getmək riski da olacaq. Bu məsələdə daha sərt olmaq lazımdır. İnsanlar bir nəticə ilə qarşılaşmayana qədər, heç nə başa düşmürlər.

Mən İtaliyada oynayarkən, tribunada mənə “qaraçı” deyə qışqırmışdılar. Bu da irqçilikdir, cahillikdir. Həmin insanlar stadiondan kənarda məni tərifləyib, şəkil çəkdirmək istəyirdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button