Ərəblərlə ispanlar arasında 180 milyonluq anlaşma

İspaniya superkuboku oyunları 2020-ci ildən etibarən Səudiyyə Ərəbistanında keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İspaniya Futbol Federasiyası ilə Səudiyyə Ərəbistanı hökuməti arasında 6 illik razılaşma əldə edilib.

İspaniya Futbol Federasiyası bu razılaşmayla illik 30 milyon, ümumilikdə isə 180 milyon avro gəlir əldə edəcək.