“Barselona”nın yeni prezidenti bilindi – rəsmi

İspaniyanın “Barselona” klubunda prezident seçkiləri keçirilib.

Komanda.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Kataloniya təmsilçisinin yeni prezidenti Xuan Laporta olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Laporta 54,28 faiz səslə qalib olub.

Prezidentliyə namizəd olan Viktor Font 29,99, Antoni Freyşa isə 8,58 faiz səs yığıb.

Laporta 2003-2010-cu illər aralığında da “Barselona”nın prezidenti olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button