Dembele tibbi müayinədən keçəcək – “Atletiko” üçün

İspaniyanın “Atletiko” klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid klubu “Lion”un futbolçusu Mussa Dembele ilə anlaşıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, 24 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçdikdən sonra “Atletiko” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Dembelenin keçidinin detalları məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button