Rəsmi: “Atletiko”da braziliyalı futbolçu

İspaniyanın “Atletiko” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın “Atletiko Paranaense” klubundan Renan Lodini transfer edib. Bu barədə “Atletiko”nun rəsmi saytı məlumat yayıb. Klubların braziliyalı futbolçunun keçidi üçün razılaşdığı bildirilir.

“Atletiko” 21 yaşlı müdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə imzalayacaq.

“Atletiko” daha əvvəl “Real”dan Markos Lorenteni transfer etdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button