Tebas: “Messinin qalmasını istəyirik, amma…”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin “Barselona”dan ayrılmasına hazır olduqlarını bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Tebas, argentinalı futbolçunun Kataloniya klubunda qalmasını istədiyini də deyib:

“Messinin qalmasını istəyirik, amma Kriştiano Ronaldo və Neymar da ayrıldı, onlar arasında bir fərq görmürəm. Messinin La Liqadan ayrılmasına hazırıq”.

Messinin yanvarda “Mançester Siti”yə keçəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button