İspaniya kubokunu “Valensiya” qazandı

Futbol üzrə İspaniya kubokunda 2018/19 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Barselona” və “Valensiya” klubları üz-üzə gəlib.

Üç qolun qeydə alındığı qarşılaşmada qələbə qazanan “Valensiya” İspaniya kubokunun qalibi olub.

Bu, sözügedən klubun bu turnirdə 8-ci belə uğuru kimi tarixə düşüb.

İspaniya La Liqasının qalibi olan “Barselona” isə “qızıl dubl” arzusunu gerçəkləşdirə bilməyib.

İspaniya kuboku, final

25 may

Barselona – Valensiya 1:2
Qol
: Messi, 73 – Qameyro, 21. Rodriqo, 33.