“Barselona” ilə “İnter” arasında transfer müzakirəsi – Menecer İspaniyada

“İnter”in futbolçusu Stefano Sensi karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Barselona” klubu 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Sensinin meneceri Cüzeppe Risonun danışıqlar aparmaq üçün İspaniyaya yollandığı bildirilir.

Risonun eyni zamanda, “Barselona”dan İvan Rakitiç və ya Arturo Vidalın “İnter”ə keçidini müzakirə edəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button