“İnter”dən avstriyalı futbolçu üçün 25 milyon avro

İtaliyanın “İnter” klubu “Herta”nın futbolçusunu heyətinə qatmağa yaxındır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın yay transfer dövründə ilk hədəfi “Herta”nın futbolçusu Valentino Lazarodur. “İnter”in bu transfer üçün Berlin klubuna 25 milyon avro təklif etdiyi və “Herta”nın da bu təklifi qəbul etdiyi bildirilir.

İtaliya təmsilçisinin Lazaro ilə də anlaşdığı və bu transferin yaxın günlərdə açıqlanacağı deyilir.

2018-ci ildə 6,5 milyon avro qarşılığında “Herta”ya transfer olunan avstriyalı futbolçu geridə qalan mövsümdə iştirak etdiyi 34 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button