Premyer Liqa klubu milli üzvüylə gücləndi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Slaviya”dan (Çexiya) Vladimir Çoufalı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb və o, yeni komandasında 5 nömrəli formada mübarizə aparacaq.

2017-ci ildən Çexiya milli komandasına dəvət olunan Çoufalın transfer məbləği açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button