Premyer Liqa klubundan baş məşqçiylə yeni müqavilə

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 72 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildən “Kristal Pelas”ı çalışdıran Hocsonun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

“Kristal Pelas” hazırda Premyer Liqada 12-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button