Tofiq Bəhramovu məşhurlaşdıran matçın iştirakçısı koronavirusun qurbanı oldu

İngiltərə milli komandasının keçmiş futbolçusu Norman Hanter vəfat edib.

Komanda.az xəbər verir ki, sabiq müdafiəçi 76 yaşında dünyasını dəyişib. Bu barədə onun formasını geyindiyi “Lids” klubunun mətbuat xidməti məlumat yayıb.

1966-cı ildə İngiltərə milli komandasıyla dünya çempionu olan keçmiş müdafiəçi koronavirusdan ölüb. Sözügedən turnirin İngiltərə ilə Almaniya arasında keçirilən final matçının hakimi Tofiq Bəhramov olub. Görüş 4:2 hesabıyla ingilislərin qələbisiylə yekunlaşıb.

Hanter 1962-1976-cı illər aralığında “Lids” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button