“Liverpul”un məşqçisi biabırçı məğlubiyyət haqda: “İnanılmaz dərəcədə qürur hissi keçirdim”

İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində “Aston Villa”ya 0:5 hesabıyla məğlub olan “Liverpul”un məşqçisi Nil Kritçli matçla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis futbolçularının möhtəşəm oynadığını deyib:

“Düşünürəm ki, möhtəşəm oynadıq. Oyunun əvvəlindən fantastik idik və sona qədər belə oynadıq. İnanılmaz axşam idi, bitməsini istəmirdik. Oyundan sonra “Aston Villa”nın baş məşqçisi Din Smit və məşqçisi Con Terri bizim paltardəyişmə otağımıza gəldi, möhtəşəm oynadığımızı dedilər.

Futbolçularım və mən bu gecəni unutmayacağıq. Bəzi futbolçularımız “Liverpul”un əsas heyətində ola biləcəklərini göstərdilər. İnanılmaz dərəcədə qürur hissi keçirdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button