“Heç bir futbolçu “Atletiko”dan böyük deyil” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın komandadan ayrılması ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, heç bir futbolçunun “Atletiko”dan böyük olmadığını deyib:

“Hər şeydən əvvəl bizim üçün etdiklərinə görə ona təşəkkür edirəm. Qrizmannı bir insan olaraq sevirəm. Artıq başqalarının qərarlarını mühakimə etməməyi öyrənmişəm. Onsuz da onun ayrılmaq ehtimalının olduğunu bilirdik.

Heç bir futbolçu “Atletiko”dan böyük deyil. Burdan Fernando Torres, Dieqo Forlan, Serxio Aquero, Dieqo Kosta ayrıldı və indi də Qrizmann gedir. İndiyə qədər kim getdisə, mübarizə aparmağa davam etdik və bundan sonra da edəcəyik.

Bundan sonra “Real Sosyedad”dan bir Qrizmann, “Vilyarreal”dan bir Rodriqo, Portuqaliyadan da bir Yan Oblak tapmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button