İbrahimoviç 3 illik diskvalifikasiya oluna bilər

FİFA “Milan”ın hücumçusu Zlatan İbrahimoviçi cəzalandıra bilər.

Komanda.az xəbər verir ki, buna səbəb isveçli hücumçunun mərc şirkəti olan “Bethard”ın səhmlərinin bir hissəsinə şərik olması iddiasıdır. Bu barədə “Aftonbladet” nəşri məlumat yayıb. Xəbərdə, İbrahimoviçin mərc şirkətinə şərik olması iddiasının təsdiqlənəcəyi halda, onun üçün 3 illik futboldan diskvalifikasiya olunacağı və 98 min avrodan çox cərimələnəcəyi bildirilir.

FİFA və UEFA-nın qaydalarına görə futbolçular mərc şirkətləri ilə əməkdaşlıq edə bilməz.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button