“Everton”un futbolçusu “Arsenal”la “Tottenhem”in hədəfində

“Everton”un müdafiəçisi Maykl Kin “Arsenal”ın və “Tottenhem”in diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, London təmsilçiləri 26 yaşlı futbolçunu yayda transfer etmək niyyətindədirlər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Arsenal” Kini Loran Koselniyə, “Tottenhem” isə Tobi Alderveyreldə əvəzləyici kimi görür. “Everton” rəhbəliyi Kini 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. İngilislər futbolçunun “Arsenal”a getməyə müsbət yanaşdığını iddia edir.

2017-ci ilin yayında “Bernli”dən “Everton”a transfer olunan Kinin, klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. Müdafiəçi 7 dəfə də İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button