Dadaşovun komandası darmadağınla 1/8 finalda

Futbol üzrə İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də ölkə kubokunda növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Qoldstern”lə qarşılaşıb. 3:0 hesablı qələbəyə sevinən “Qrasshopper” növbəti mərhələyə adlayıb.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button