“Çelsi” komanda deyil” – Keçmiş hucumçu

“Çelsi”nin sabiq futbolçusu Kris Satton, komandanın hazırkı vəziyyətini dəyərləndirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan sabiq ingilis forvard, “Çelsi”nin çempionluğa iddia edə bilməyəcəyini deyib:

“Çelsi” komanda deyil. Bunu İngiltərə Liqa kubokunun finalında “Mançester Siti” ilə qarşılaşdıqları oyunda baş məşqçi Mauritsio Sarri ilə qapıçı Kepa Arrisabalaqa arasında yaşanan qalmaqal bir daha sübut etdi. Onlar hazırda İngiltərədə çempionluğa iddia edə bilməzlər. Çempionlar Liqasının qalibi olduqlarını da unutmalıdırlar”.

Satton 1999/2000 mövsümündə “Çelsi”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button