Lempard: “Liverpul”a hörmət edirəm, amma…”

“Çelsi”nin baş məşqçisi Frenk Lempard UEFA superkubokunda “Liverpul”a məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar”ın çalışdırıcısı, sərgilədikləri oyundan razı qaldığını deyib:

“Məğlub olduq, ancaq oyundan razıyam, çünki yaxşı olan tərəf idik, sadəcə bəxtimiz gətirmədi. Hər oyunçu qələbə qazanmaq üçün bütün gücünü verdi. Şikayət edən kimi görünmək istəmirəm, ancaq komandanın hazırlığına təsir edən şeylər oldu. “Liverpul”un oyuna qədər daha çox vaxtı var idi.

“Liverpul”a hörmət edirəm, amma daha güclü bir komanda olduğumuzu hiss etdim. Belə oynamağa davam etsək, hər şey qaydasında olacaq.”

“Liverpul” – “Çelsi” matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” UEFA superkubokunun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button