Çalhanoğlu İngiltərədə?

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Lester” türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir. “Tülkülər”in ilkin danışıqlara başlamaq istədiyi, “Milan”ın da uyğun təklif qarşılığında 25 yaşlı futbolçunu satmağa hazır olduğu bildirilir.

Çalhanoğlunun isə “Milan”dan ayrılacağı halda, yenidən Almaniya Bundesliqasında çıxış etmək istədiyi deyilir. O, Almaniyada “Bayer” və “Hamburq”un şərəfini qoruyub.

2017-ci ildən “Milan”ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 16 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button