“Bu qələbəyə çox ehtiyacımız var idi” – Namik Ələskərov

“Bursaspor”un futbolçusu Namik Ələskərov Türkiyə 1-ci liqasında “Dənizlispor”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 3:1 hesabıyla qələbə qazandıqları matçda qol vuran azərbaycanlı futbolçu, bunları deyib:

“Bu qələbəyə çox ehtiyacımız var idi. Yaxşı hazırlaşmışdıq. Qələbəyə görə xoşbəxtik. Əsas olan bu uğurun davamını gətirməkdir. İnşallah, bu qələbə başlanğıc olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button