“Monako”dan inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Sent-Etyen” doğma meydanda “Nitsa”nı sınağa çəkib. Qonaqlar bu oyunda darmadağına seviniblər. Son çempion “Lill” səfərdə “Strasburq”a qalib gəlib. “Lion” isə “Loryan”la ev oyunundan xal itkisi ilə ayrılıb. Lider PSJ bu turda “Monpelye” ilə üz-üzə gəlib. Paris təmsilçisi turu inamlı qələbə ilə başa vurub.

Sonuncu oyun günündə altı qarşılaşma baş tutub. “Bordo” – “Renn” və “Trua” – “Anje” matçlarında qalib müəyyənləşməyib. “Reyms” “Nant”ı məğlub yola salıbsa, “Brest” evdə “Mets”ə məğlub olub. Səfərdə “Klermon”la qarşılaşan “Monako” inamlı qələbəyə sevinib. “Marsel” isə evdə “Lans”a uduzub.

Fransa Liqa 1, 8-ci tur

25 sentyabr

Sent-Etyen – Nitsa 0:3
Qol
: Quiri, 15. Stenqs, 54. Delor, 83.

Strasburq – Lill 1:2
Qol
: Sissoko, 75 – David, 23; 57-pen.

Lion – Loryan 1:1
Qol
: Ekambi, 50 – Loryente, 20.

PSJ – Monpelye 2:0
Qol
: Qeye, 14. Draksler, 88.

26 sentyabr

Bordo – Renn 1:1
Qol
: Mekser, 88 – Laborde, 56.

Brest – Mets 1:2
Qol
: Fevr, 67-pen – De Preville, 26. Sentonz, 74.

Reyms – Nant 3:1
Qol
: Foket, 51. Ekitike, 72; 78 – Simon, 62.

Trua – Anje 1:1
Qol
: Balde, 22 – Manqani, 65-pen.

Klermon – Monako 1:3
Qol
: Bayo, 7 – Ben Yedder, 26. Volland, 48. Diop, 90+1.

Marsel – Lans 2:3
Qol
: Payet, 33; 45+2-pen – Sotoka, 9. Frankovski, 27. Said, 71.

Bombardir: Kilian Mbappe (PSJ) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button