“Ya daha sakit yerə getməli idim, ya da…” – De Rossi

“Roma”dan ayrıldıqdan sonra Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə imzalayan Daniele De Rossi açıqlama verib.

Komanda.az Argentina mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi, “Boka Xuniors”u seçməsi haqqında danışıb:

“36 il bir yerdə yaşamışam. Düzü, ailəmlə bura gəlməkdən qorxurdum, amma bunun vacib olduğunu da bilirdim. Bu addım 36 yaşlı insanda böyük qorxuya səbəb oldu.

Burda gördüyüm hər şey qərarımın doğruluğunu təsdiqləyir. Mənim başqa heç nəyə ehtiyacım yoxdur, bura futbol oynamağa gəlmişəm. 20 il ərzində futbolun xəstəlik olduğu bir mühitdə yaşadım. Sonra mənim iki seçimim vardı, ya daha sakit yerə getməli idim, ya da futbolun Roma ilə müqayisədə daha çılğın olduğu bir yerə. Mən ikinci variantı seçdim və əminəm ki, hamımız bundan zövq alacağıq. Dünyanın ən çılğın azarkeşlərinin olduğu ölkəyə gəlmişəm. Burda olduğumuz üçün şadıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button