“Beşiktaş”ın iki futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Beşiktaş” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, testlər nəticəsində iki futbolçuda koronavirus aşkarlanıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan oyunçuların adları açıqlanmır. Artıq onların hər ikisi karantinə alınıb və müalicəsinə başlanılıb.

Xatırladaq ki, “Beşiktaş”da daha öncə də bəzi oyunçularda və klub işçilərində koronavirus aşkarlanmışdı.