“Barselona”nın futbolçusu “Everton”un hədəfində

“Barselona”nın futbolçusu Yasper Sillessen karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 30 yaşlı qapıçı ilə Premyer Liqa təmsilçiləri – “Vest Hem” və “Everton” yaxından maraqlanır. Bu barədə İspaniyanın “sport.es” saytı məlumat yayıb.

“Barselona” Sillessen üçün 60 milyon avro tələb edir. Premyer Liqa klubları isə bu məbləği ödəmək istəmir və holland qolkiperi icarəyə götürmək niyyətindədirlər.

“Barsa” ilə 2021-ci ilə qədər müqaviləsi olan Sillessenin sözləşməsində “60 milyon avroya sərbəst qalır” maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button