“Barselona”da şok itki – 4 ay oynamayacaq

İspaniya çempionu “Barselona” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Luis Suares bu gün dizindən əməliyyat olunub.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Uruqvaylı forvardın 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

32 yaşlı futbolçu ötən mövsümün sonunda da dizindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button