Azərbaycan millisi Sloveniyaya da böyük hesabla uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.

Komanda.az xəbər verir ki, komandamız Sloveniya yığması ilə qarşılaşıb.

Oyunda hesab 26-cı saniyədə açılıb. Rəqibin qoluna İqbal Pənahovla cavab vermək olardı. Di gəl kapitanın zərbəsindən sonra top dirəyin yanından meydanı tərk edib. Sonrakı dəqiqələrdə üstünlüyünü artıran Sloveniya fasiləyə 5 cavabsız qol vuraraq yollanıb. İkinci hissədə də fərqi artıran təşkilatçı ölkə yekunda qələbə qazanıb.

Qrupun digər oyununda Hollandiya və Kipr komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən hollandlar qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanıb.

Futzal, AÇ-nin əsas mərhələsi
2-ci qrup


30 mart

Azərbaycan – Sloveniya 1:9
Qol
: İ. Pənahov, 39:21 – M. Goznik, 0:26, M. Bjelçeviç, 11:19, 29:30, T. Gajser, 14:32, 38:18, T. Debeljak, 15:55, M. Mohoriç, 18:17, T. Ciuha, 27:40, V. Florjançiç, 31:57.
Hakimlər: Damian Yaruçyeviç (Polşa), İvo Tsenov (Bolqarıstan) və Marko Rothenfluh (İsveçrə).
Podçetrtek İdman Sarayı.

Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Qayser, 10. Timotey Debelyak (k), 13. Jeremi Bukovec, 1. Yure Vetrih (q), 2. Matey Ahçin, 4. Maks Vesel, 8. Vanç Floryançiç, 11. Marko Byelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha.
Baş məşqçi: Andrey Doboviçnik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button