“Bu oyuna qələbə qazanmaq üçün çıxacağıq” – “Neftçi”nin baş məşqçisi

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb və “Neftçi” Türkiyənin “Qalatasaray” klubuna rəqib olub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib:

“Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. “Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də, Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button