Azərbaycan millisində itki – heyətdən çıxarıldı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah Moldova ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qapıçı Emin Kürdov zədələndiyinə görə, heyətdən kənarlaşdırılıb.

Hazırda təlim-məşq toplanışında iki qapıçı iştirak edir: Rövşən Hüseynli və Cavad Məmmədov.

Sabah keçiriləcək Azərbaycan – Moldova matçı saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button