“Atletiko” ilə “Napoli” razılığa gəldi – Albana görə

İspaniyanın “Atletiko” klubu albaniyalı müdafiəçinin transferini yekunlaşdırır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli”nin şərəfini qoruyan Elseid Husay karyerasını “Atletiko”da davam etdirməyə yaxındır. Bir müddətdir iki klub arasında davam edən danışıqların artıq müsbət yekunlaşdığı və transferin tezliklə həyata keçiriləcəyi bildirilir.

Neapol təmsilçisi 25 yaşlı futbolçu üçün 25 milyon avro tələb etsə də, tərəflərin 20 milyon avroya razılaşdıqları bildirilir.

“Napoli” ilə 2021-ci ilədək müqaviləsi olan Husay, son mövsümdə 35 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button