“Messi “Barselona”dan ayrılsa, bizim kluba gələcək”

Argentinanın “Nyuells Old Boyz” klubunun vitse-prezidenti Kristian Damiko “Barselona”nın futbolçusu Lionel Messi haqda danışıb.

Komanda.az xəbər verir ki, “sport.es”ə danışan Damiko, Messinin “Barselona”dan ayrılacağı halda, “Nyuells Old Boyz”a gələcəyini deyib:

“Messi “Barselona”dan ayrılsa, bizim kluba gələcək. Mən artıq bununla bağlı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ilə danışmışam. Messi onunla çox yaxın dostdur. Tapia onu razı salmaqda bizə kömək edəcək”.