“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı məlum oldu

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Belçikada keçiriləcək qrup oyunlarında təmsilçimiz rəqibləri ilə bu ardıcıllıqla görüşəcək:

“Araz” – “Halle Gooik” (Belçika)

9 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 22:30

“Araz” – “Benfika” (Portuqaliya)

10 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 19:30

“Xerson” (Ukrayna) – “Araz”

12 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 19:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button