“Almaniyanın oyun tərzi təəccüblü idi” – Van Dayk

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Almaniya millisinə 4:2 hesabı ilə qalib gələn Hollandiya yığmasının müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, yaxşı oyun göstərdiklərini deyib:

“Oyunun əvvəlində hesabda geri düşməyimizə baxmayaraq, iki qol vuraraq irəli keçdik. Amma daha sonra deyəsən, hakim oyuna həyəcan gətirmək istəyirdi və qəribə penalti qərarı verdi. Bunlara baxmayaraq, qalib gəldik. Ən vacibi budur.

O penaltidən sonra da komandamıza inanmağa davam etdik və qalib gəlməyi bacardıq. Almaniyanın oyun tərzi təəccüblü idi. Topa nəzarəti bizə verdilər, biz də səhv etmədik. Möhtəşəm komandamız var və bu oyunda da çox yaxşı çıxış etdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button