Bundesliqada yeni mövsümün ilk turunun oyun cədvəli açıqlandı

Almaniya Bundesliqasında yeni mövsümün 1-ci turunun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb. İlk turun oyunlarının vaxtı və saatı hələlik məlum deyil. Bundesliqada yeni mövsümə sentyabrın 18-də start veriləcək.

İlk turun açılış matçında son çempion “Bavariya” “Şalke” ilə qarşılaşacaq. Dortmund “Borussiya”sı Münhenqladbax “Borussiyası” ilə üz-üzə gələcək.

Almaniya Bundesliqası, 2020/21 mövsümü, 1-ci tur

Bavariya – Şalke
Borussiya D – Borussiya M
Leyptsiq – Maynts
Volfsburq – Bayer
Ayntraxt F – Arminiya
Yunion – Auqsburq
Köln – Hoffenhaym
Verder – Herta
Ştutqart – Frayburq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button