“Zirə”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, “Zirə” klubunun şikayəti təmin edilməyib.

Belə ki, AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə 15 fevral 2020-ci il tarixində, Premyer Liqanın 17-ci turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması, klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button